15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakıdakı təlim-məşq toplanışı davam edir. 

Offsideplus.az xəbər verir ki, komandamız ikinci yoxlama oyununa çıxıb. Yığmamız Binə stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti dəfə qarşılaşıb.

Binə stadionunda təşkil olunan görüş Aqil Nəbiyevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 5-ci dəqiqədə Həsən Mürşüdzadə, 51-ci dəqiqədə Xəzər Hüseynzadə və 81-ci dəqiqədə Murad Məmmədov vurublar.