“Benfika” Joze Mourinyo ilə baş məşqçi postuna təyinatla bağlı danışıqlar aparır.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər yaxın günlərdə razılığa gələ bilərlər.
İnsayder Fabritsio Romano daha əvvəl 62 yaşlı mütəxəssislə 2027-ci ilə qədər müqavilə razılaşdırıldığını yazmışdı.
Xatırladaq ki, Çempionlar Liqasının 1-ci turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzan “Benfika” baş məşqçi Brunu Laje ilə yollarını ayırmışdı. Mourinyo isə bu ayın əvvəlində “Fənərbağça”dan istefa verib.