AZ

Siniflərdə “ağıllı texnologiya” dövrü başlayır

Dünyada ənənəvi sinif otaqları sürətlə interaktiv və texnoloji mühitlərlə əvəzlənir. AVNetwork-ün məlumatına görə, qlobal “edtech” və “smart classroom” bazarının 8 il ərzində 930,3 milyard dollara çatacağı gözlənilir .

AzEdu.az xarici mənbədəb aldığı məlumata əsasən xəbər verir ki, yeni nəsil təhsil modelləri proyektorlar, interaktiv displeylər, artırılmış və virtual reallıq, həmçinin süni intellekt kimi texnologiyalarla zənginləşdirilir. Bu yanaşma şagirdlərin dərsə marağını artırır, müəllimlərə isə mövzuları daha yaradıcı və dinamik formada təqdim etmək imkanı yaradır.

Məsələn, ABŞ-ın Des Moines şəhərində ibtidai məktəblərin idman zalları interaktiv proyektorlarla təchiz olunub. Şagirdlər indi idman dərslərində müxtəlif oyunları böyük ekranlarda oynayaraq həm öyrənir, həm də aktiv şəkildə hərəkət edirlər.

Mütəxəssislər bildirirlər ki, bu model təkcə dərs prosesini deyil, həm də məktəbdənkənar tədbirləri – kino gecələri, video oyun turnirlərini də daha maraqlı edir. Lakin uğurlu tətbiq üçün əsas şərtlər müəllimlərin peşəkar inkişafı və bütün şagirdlərin texnologiyaya çıxışının təmin edilməsidir.

Seçilən
4
azedu.az

1Mənbələr