AZ

Professorun ölkədən çıxışına stop qoyuldu (SƏBƏB)

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İqtisad elmləri doktoru, professor Niyazi Həsənovun rəhbəri olduğu şirkətə görə ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, Niyazi Həsənovun rəhbəri olduğu "AGRO SUPPLY SERVİCES" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumilikdə 6823,24 manat vergi borcuna görə məhkəməyə müraciət edilib.

Məhkəmənin qərarı ilə 1958-ci ildə Salyan rayonunda anadan Niyazi Həsənovun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək məhdudlaşdırılıb. 

Qeyd edək ki, Azərbaycan İqtisad Universitetində müəllim işləyən Niyazi Həsənov "Bərəkət" İctimai Birliyinin də sədridir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
17
qaynarinfo.az

10Mənbələr