Cebheinfo saytına istinadən ain.az xəbər verir.
Pakistanda musson yağışları nəticəsində baş verən daşqınlarda 1002 nəfər həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, Pakistan Milli Fəlakətlərin İdarəolunması Agentliyi (NDMA) tərəfindən verilən açıqlamaya görə, ölkədə 26 iyun tarixindən etibarən musson yağışları səbəbindən baş verən daşqınlar nəticəsində 274-ü uşaq, 163-ü qadın olmaqla ümumilikdə 1002 nəfər həyatını itirib. 1000-dən çox insan yaralanıb.
Pakistan Meteorologiya İdarəsi bu ilki musson yağışlarının daşqınlara və su basqınlarına səbəb ola biləcəyi barədə erkən xəbərdarlıq etsə də, yerli idarəetmə orqanları və fəlakətə qarşı mübarizə qurumlarının bu xəbərdarlıqlara kifayət qədər hazırlıq görmədiyi qeyd olunub.
Rəsmi şəxslər bildiriblər ki, bu daşqınlar 2022-ci ildə 1700-dən çox insanın həyatını itirdiyi, ölkənin üçdə birinin su altında qaldığı və 32 milyard dollar zərərə səbəb olan fəlakətdən sonra baş verən ən böyük təbiət hadisəsidir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.