AZ

Yəhudi: Qüdsdəki sülh İsraillə bitdi

İsraildəki ultra-ortodoks (Haredi) yəhudi, Osmanlı hakimiyyəti altında Qüdsdə yaşadıqları 401 illik dinc həyatın İsraillə sona çatdığını bildirib.

Turkustan.az xəbər verir ki, baş nazir Binyamin Netanyahunun Qüdsün yalnız yəhudilərə aid olduğunu iddia etməsindən sonra Haredi yəhudisinin Osmanlı dövründən qalan Qüds haqqında danışdığı video yenidən gündəmə gəlib.

Osmanlı İmperatorluğu dövründə yəhudilərlə fələstinlilərin sülh içində birlikdə yaşadıqlarını vurğulayan Haredi yəhudi, "Ən yaxın qonşularımız Fələstinlilər idi. Biz çox yaxşı anlaşırdıq. Bir-birimizi yedizdirirdik. Bir yerdə yemək bişirirdik, sülh içində yaşayırdıq. Burada sülhü pozan tək şey sionizm və onun ideyaları idi" dedi.

İsrailin söykəndiyi sionist ideologiyanın onların inanclarını yox etməyə çalışdığını deyən Haredi yəhudisi, İsrailin lap əvvəldən yəhudilərdən “çirkli fikirlərə” görə orduda ölmələrini istəyib.

İsrailin baş naziri Benyamin Netanyahu sentyabrın 16-da ABŞ dövlət katibi Marko Rubio ilə birlikdə səfər etdiyi Əl-Əqsa məscidi yaxınlığındakı tunellərdə arxeoloji qazıntıların aparıldığı ərazidə danışıb.

Fələstin torpaqlarının yəhudilərə aid olduğunu iddia edən Netanyahu, Osmanlı dövründə Şərqi Qüdsdə tapılan və İstanbul Arxeologiya Muzeyinə gətirilən Silvan kitabəsini Türkiyədən tələb etdiyini, lakin Ərdoğan və seçici bazası səbəbindən ala bilmədiyini iddia edib.

Aytən Yaşar/ Turkustan,az

Seçilən
16
1
turkustan.az

2Mənbələr