AZ

Xərçəngdən sağalan qız həşərat dişləməsindən öldü - FOTO

Yunanıstanda tanınmış Laimou ailəsi ağır faciə ilə üzləşib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, onların 28 yaşlı qızı Marissa Laimou uzun müddət davam edən müalicədən sonra xərçəngi məğlub etsə də, sadə görünən bir həşərat dişləməsinin qurbanı olub.

İngiltərədə yaşayan gənc qadın üç gün əvvəl qızdırma, qaşınma, başgicəllənmə və infeksiya əlamətləri ilə həkimə müraciət edib. Ona sadəcə parasetamol təyin olunub. Vəziyyəti pisləşdikdən sonra xəstəxanaya aparılan Marissaya "böcək dişləməsi" diaqnozu qoyulub və evə göndərilib.

Ertəsi gün isə qulluqçusu onu yatağında ölü vəziyyətdə tapıb. Ailə xəstəxananı səhlənkarlıqda günahlandıraraq məhkəməyə müraciət edib.

Mütəxəssislər bildirir ki, bəzi həşərat dişləmələri ağır allergik reaksiyalara, septisiyaya və ölümə səbəb ola bilər. Bu səbəbdən belə hallarda vaxtında düzgün tibbi müdaxilə həyati əhəmiyyət daşıyır.

  • Xərçəngdən
  • Xərçəngdən
Seçilən
12
2
day.az

3Mənbələr