AZ

Putin Stalinqrad şəhərinin adının bərpa edilməsini dəstəkləyib

“Volqoqrada “Stalinqrad” adına qaytarılması məsələsini bölgə sakinləri özləri həll etməlidir“.

AzPost bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin parlamentin fraksiya rəhbərləri ilə görüşündə bildirib.

Eyni zamanda, dövlət başçısı belə bir təşəbbüsü nəzərdən keçirməyə hazır olduğunu qeyd edib.

Prezident daha əvvəl tarixi adın bərpasının mümkünlüyündən danışıb. O, məsələyə baxmağa hazır olduğunu, ancaq rayon sakinlərinin istəklərini nəzərə almağın vacibliyini bildirib.

Dövlət başçısı qeyd edib ki, “Stalinqrad” adı ölkə tarixində böyük qələbə ilə bağlıdır. O, bu adın şəhərə uyğun ola biləcəyini söyləyib. Bununla belə, o vurğulayıb ki, adının dəyişdirilməsi ilə bağlı yekun qərarda Volqoqrad sakinlərinin əksəriyyətinin rəyi nəzərə alınmalıdır. Putin bu məsələdə şəhərin mövqeyini müəyyən etmək üçün sorğu keçirməyi təklif edib.

AzPost.az

Seçilən
20
2
azpost.info

3Mənbələr