AZ

Astarada intihar kimi göstərilən hadisə qətl imiş: Qonşu qadın saxlanıldı

Astarada intihar edildiyi deyilən qadının qətlə yetirildiyi məlum olub.

Far.Az apa-ya istinadən xəbər verir ki, sentyabrın 7-də Astara rayonunun Miki kənd sakini 1954-cü il təvəllüdlü Şahimə Zeynulla qızı Salayevanın meyiti yaşadığı ünvanda tapılıb.

İlkin məlumata görə, Ş.Salayevanın meyiti döşəmədə oturmuş halda, baş örpəyi boğazında çarpayıya bağlanan vəziyyətdə aşkarlanıb. Həmin vaxt qadının intihar etdiyi bildirilib. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Ekspertizanın verdiyi rəydən sonra Ş.Salayevanın qətlə yetirildiyi məlum olub.

Araşdırma zamanı o da məlum olub ki, qadına məxsus sandıq evdən oğurlanıb. Axtarışlardan sonra sandıq meşəlik ərazisindən tapılıb. Qətli törətməkdə şübhəli bilinən Ş.Salayevanın qonşusu (qadın) saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
17
18
far.az

10Mənbələr