AZ

Badamdarın keçilməz yolları: Nə asfalt var, nə də avtobus işləyir

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Səbail rayonunun Badamdar qəsəbəsinin sakinləri yollarının yararsız halda olmasından şikayət edirlər.

Oxu.Az-a daxil olan müraciətdə bildirilir ki, söhbət qəsəbənin Köndələn küçəsindən (su anbarının yaxınlığından) gedir.

"Üç aydır, yolumuz dağılıb, nə asfalt var, nə də avtobus işləyir. Uşaqlar məktəbə palçıqlı yolla getməyə məcburdurlar. İcra hakimiyyətinə dəfələrlə müraciət etmişik, amma heç bir cavab yoxdur", - deyə müraciətdə bildirilir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Səbail Rayon İcra Hakimiyyətindən fakt təsdiqlənib.

Bildirilib ki, son illər ərzində rayonun müxtəlif ünvanlarında 75 km-dən artıq yola asfalt döşənib.

"Bildiririk ki, müraciətdə qeyd olunan ünvana yeni asfalt örtüyünün çəkilməsi ilə bağlı bir müddət əvvəl tərəfimizdən aidiyyəti üzrə rəsmi müraciət olunub və hazırda işlər mərhələli şəkildə davam etdirilir", - deyə məlumatda vurğulanıb.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
oxu.az

3Mənbələr