İngiltərə Mərkəzi Bankı (BoE) faiz dərəcəsini 4% səviyyəsində dəyişməz saxlayıb.
Marja xəbər verir ki, Pul Siyasəti Komitəsində (MPC) keçirilən səsvermədə faizlərin sabit saxlanılması qərarı 7 səs lehinə, 2 səs əleyhinə olmaqla qəbul edilib.
Qərar mətni ilə çıxış edən İngiltərə Mərkəzi Bankının rəhbəri Endryu Beyli, faiz endirimi ilə bağlı qərarların mərhələli və ehtiyatlı şəkildə həyata keçirilməli olduğunu vurğulayıb.