Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukraynadakı vəziyyətin tənzimlənməsi ilə bağlı mümkün addımlarını şərh edib.
Bakupost xəbər verir ki, bu barədə Rusiyanın "Komsomolskaya Pravda" nəşri yazıb.
O bildirib ki, amerikalılar Rusiyanın yeni regionlarında keçirilən referendumların nəticələrini görməzlikdən gələ bilməyəcəklər.
Daha əvvəl Lavrov qeyd edib ki, Avropa İttifaqı Rusiyaya qarşı mövcud təhlükələri aradan qaldırmaq və vəziyyəti sülhə yönəltmək üçün heç bir cəhd göstərməyib.