AZ

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa, bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 17 sentyabr 2025-ci il tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.

Dövlət Komitəsi sədrinin 15 aprel 2025-ci il tarixli əmri əsasında seçki komissiyası yaradılıb. Dövlət Komitəsi nümayəndələrindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki komissiyası seçkiləri təşkil edib.

16 namizədin sənədləri rəsmi qeydiyyata alınıb. Seçki prosesinin sonunda səslər komissiya üzvləri tərəfindən hesablanıb. Seçkilərin şəffaflığını təmin etmək məqsədi ilə şəffaf seçki qutuları qoyulub. Seçkilərin nəticəsinə əsasən, aşağıdakı şəxslər İctimai Şuranın yeni üzvləri seçiliblər:

1.“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri – Anar Xəlilov

2."Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri – Hafiz Səfixanov

3.Qərbi Azərbaycan İcmasının təşəbbüs qrupundan namizəd – Rufik İsmayılov

4.Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Babək Aslanov

5.Cəbrayıl rayonu Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Səbuhi Hüseynov

6.Xankəndi şəhəri məcburi köçkünlərin təşəbbüs qrupu tərəfindən namizəd,

Seçilən
27
15
aznews.az

10Mənbələr