İdman Arbitraj Məhkəməsi (CAS) Braziliya millisinin sabiq futbolçusu Dani Alveşi cinsi zorakılıq işi ilə əlaqədar Meksikanın “Pumas” klubuna kompensasiya ödəməyə məcbur edib.
Msport.az xəbər verir ki, Meksika təmsilçisi 2023-cü ildə cinsi zorakılıq ittihamı ilə həbs edilməsindən sonra müdafiəçi ilə müqaviləyə xitam vermişdi.
2024-cü ilin mayında FIFA-nın Mübahisələrin Həlli Palatası Meksika klubunu Alveşə müqavilənin vaxtından əvvəl ləğv edilməsinə görə kompensasiya ödəməli olduğuna qərar vermişdi. Artıq FIFA-nın klubun xeyrinə qərar çıxardığı bildirilib.
Qeyd edək ki, 42 yaşlı sabiq müdafiəçi Meksika klubuna 2022-ci ildə transfer olunmuşdu.