Futbol üzrə İtaliya Superkubokunun keçirilmə məkanı məlum olub.
Operativ Media xəbər verir ki, 18-22 dekabr tarixlərində baş tutacaq turnirə Səudiyyə Ərəbistanının Ər Riyad şəhəri ev sahibliyi edəcək.
Superkubokda “Napoli”, “Milan”, “Bolonya” və “İnter” mübarizə aparacaq.
Superkubokun son qalibi “Milan”dır.