AZ

Avstraliyada məktəb baxım mərkəzində təhlükəsizlik sərtləşdirildi

Cənub Avstraliyada yerləşən East Adelaide Primary School məktəbinin dərsdən sonrakı baxım proqramında (Out of School Hours Care – OSHC) iki azyaşlı uşağın nəzarətsiz şəkildə ərazidən çıxması yerli təhsil orqanlarını təcili tədbirlər görməyə vadar edib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra Təhsil Standartları Şurası (Education Standards Board – ESB) məktəbdə təhlükəsizlik protokollarını yoxlayaraq bir sıra dəyişikliklər tətbiq edib. Yeni tədbirlərə uşaqların daha tez-tez sayılması, əlavə nəzarətçi heyətin cəlb olunması və nəzarət sistemlərinin gücləndirilməsi daxildir.

ESB bildirib ki, uşaqların təhlükəsizliyinin təmin olunması prioritet məsələdir və bu cür halların təkrarlanmaması üçün nəzarət mexanizmləri ciddi şəkildə yenilənəcək.

Hadisə zamanı uşaqlara hər hansı fiziki zərər dəymədiyi qeyd olunub.

Seçilən
11
azedu.az

1Mənbələr