AZ

BDU-da Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzi Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi və 18 Sentyabr - Milli Musiqi Günü münasibətilə ədəbi-bədii kompozisiya hazırlayıb.

BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, kompozisiyaya dahi bəstəkarın mahnıları, “Sənsiz” romansı, “Simayi-şəms” zərb muğamı, “Koroğlu” operasından uvertüra daxil edilib.

Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə əlaqədar Sərəncam imzalayıb. Yubileyi ilə əlaqədar bu il ölkəmizdə müxtəlif tədbirlər keçirilir.

Seçilən
9
tehsil.biz

1Mənbələr