AZ

Almatı dağlarına ilk qar yağıb

Sentyabrın 18-i səhər saatlarından etibarən Almatı buludlu olub, arabir yağış yağıb. 

Qaziler.az bildirir ki, bu barədə Kazinform xəbər verir.

 Sentyabrın 18-də dağ zirvələri yay mövsümündən bəri ilk dəfə qarla örtülüb.

Almatı sakinləri və qonaqlar ən yüksək dağ yamaclarının qarla örtüldüyünü, şəhərə ən yaxın təpələrin isə hələ də yaşıl və QARLA örtülmədiyini müşahidə ediblər. Almatıda hələ qar qeydə alınmayıb.

Xatırladaq ki, sentyabrın 17-də Almatıya güclü leysan yağıb. Şəhərdə 12 mm, dağlıq və dağətəyi rayonlarda isə 15 mm-ə qədər yağıntı düşüb ki, bu da orta aylıq 28 mm yağıntının 53%-ni təşkil edir. Aramsız yağan yağış səbəbindən suvarma sistemi suyun həcminə tab gətirə bilmədiyi üçün şəhər su altında qalıb.

QAZİLER.AZ

 

Seçilən
0
qaziler.az

1Mənbələr