Oliqarx Qaqik Çarukyan yeni komanda yaratdığını və 2026-cı ildə Ermənistan parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, ölkənin inkişafı üçün peşəkarları birləşdirməyi hədəfləyən “Ermənistanın təklifi” təşəbbüsünü təqdim edəcək.
“Zamanı gələcək, hər şeyi açıqlayacağam, amma bu gün o gün deyil. Mən müxtəlif mütəxəssislərlə ünsiyyət qurur, müzakirələr aparıram. Bu gün Ermənistanda ölkəni bu vəziyyətdən çıxara biləcək heç bir insan və ya partiya yoxdur,” – deyə Çarukyan bildirib.
O əlavə edib ki, Ermənistanda sülh və həmrəylik olmalıdır: “Hər kəs açıq şəkildə deməlidir ki, nə təklif edir və nə etməyi planlaşdırır,” – deyə o vurğulayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta