Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 18-dəMalayziyanın Kuala Lumpur şəhərində keçirilən Cənub-Şərqi AsiyaDövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının(AİPA) 46-cı Baş Assambleyasının plenar iclasında çıxışı zamanıAzərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurregionlarında həyata keçirdiyi nəhəng quruculuq və yenidənqurmaişləri haqqında məlumat verib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Spiker Sahibə Qafarova deyib ki, bu ərazilərin dirçəldilməsiAzərbaycan hökumətinin inklüziv inkişafa və dayanıqlılığayanaşmasının mühüm tərkib hissəsini təşkil edir.
O, xatırladıb ki, bu ərazilər 30 il ərzində işğal altında qalıbvə 2020-ci ildə işğaldan azad edilib.
Spikerin sözlərinə görə, tamamilə dağıdılmış həmin ərazilərdəaparılan genişmiqyaslı yenidənqurma işləri artıq hökumətimizin buregionlarda əlli mindən çox insanı məskunlaşdırmasına və onlarınölkənin ümumi sosial-iqtisadi həyatına yenidən inteqrasiya etməsinəimkan verib.