Prezident İlham Əliyev “Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqında” Sərəncam imzalayıb.Sərəncama əsasən, orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta