AZ

Paşinyan möhürlərdən Ağrının təsvirinin silinməsindən danışdı - "...nəyi ifadə edirdi?"


Ermənistan Baş naziri Nikol Paşinyan viza möhürlərindən Ağrı dağının təsvirinin silinməsi qərarına münasibət bildirib. APA Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan belə bir məsələnin Ermənistan və Türkiyə arasında heç bir danışıqda müzakirə olunmadığını deyib.

“Viza möhüri ilə bağlı məsələ bir neçə ay əvvəl Türkiyənin xüsusi nümayəndəsinin səfərinə dair heç bir nəzəri imkan və ya razılaşma olmadığı zaman qaldırılıb. Ümumiyyətlə, belə bir məsələ Ermənistan və Türkiyə arasında heç bir danışıqda müzakirə olunmayıb və müzakirə edilə bilməz”, - Paşinyan bildirib.

O vurğulayıb ki, bunu “dövlətin davamlılığını təmin etmək strategiyası olduğu üçün edirlər”.

“Amma mən başqa bir məsələ haqda danışmaq istəyirəm. Əgər 2004-cü ilə qədər möhürdə bu təsvir yox idisə, onda onun olmaması nə demək idi? Və 2004-cü ildə onun meydana çıxması nəyi ifadə edirdi? 2004-cü ildə nə baş vermişdi və onlar bu təsvirlə hansı problemi həll etmək istəyirdilər? Bəlkə də xalq tərəfindən seçilməmiş hakimiyyətin daxili siyasi legitimliyi ilə bağlı bir problemi?..”, - Paşinyan qeyd edib.

Qeyd edək ki, Ermənistan hökuməti viza möhürlərindən Ağrı dağının təsvirini silmək qərarı verib.

Seçilən
6
10
baki-xeber.com

10Mənbələr