AZ

Trampın xanımının paltarları dünyada gündəm oldu: Verdiyi siyasi mesajlar... - FOTO

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp İngiltərə Kralı Çarlzın dəvəti ilə Böyük Britaniyaya iki günlük rəsmi səfərə gedib.

Azreform.info xəbər verir ki, səfər zamanı Melaniya Trampın geyindiyi paltarlar xüsusi diqqət çəkib.

Moda yazarı və stil məsləhətçisi Marian Kveyin sözlərinə görə, bu seçim sadəcə üslub detalı deyil, həm də güclü bir mesaj deməkdir:

"Melaniyanın papağı təsadüfi deyil. Bu papaq şüurlu bir seçimdir, onun diqqət mərkəzində olmaq arzusundan qaynaqlanır”.

Birinci xanımın papağının məhz Donald Trampın qalstukunun rəngində olması diqqətdən qaçmayıb.

Stil ekspertləri bu uyğunluğu onun ərinin siyasi gündəminə dəstəyinin simvolu kimi şərh ediblər. 

Trampın inauqurasiya mərasimində də oxşar papaq taxan Melaniya moda dünyasının manşetlərinə çevrilib.

Melaniya Trampın Vindzor qəsrində təşkil edilən dövlət şam yeməyində geyindiyi sarı rəngli libasla da diqqət çəkib.

Onun uzun, çiyinləri açıq sarı paltarının internetdə yayılan fotoları müzakirələrə səbəb olub.

Paltar bəzi fotolarda açıq sarı, bəzilərində isə daha solğun "yağ sarısı" rəngində düşüb. Həmçinin onun kəməri rəngi bəzi fotolarda çəhrayı, bəzilərində isə bənövşəyi görünür.

“Vogue” yazarlarından olan Marian Kvey Melania Trampın həyat yoldaşının rəng seçiminin rəsmi ziyafət üçün gözləniləndən daha fərqli seçim olduğunu söyləyib.

"Bəlkə də dövlət geyim protokoluna uyğundur, amma asqısız geyim bir az cürətli durur", - deyə o söyləyib.

Billurə

Seçilən
33
2
azreform.info

3Mənbələr