AZ

Başqırdıstanda güclü partlayış “Qazprom Neftexim Salavat” zavoduna PUA hücumu

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiyanın Başqırdıstan bölgəsində yerləşən nəhəng neft-kimya müəssisəsi - "Qazprom Neftexim Salavat" pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Hücum nəticəsində müəssisədə güclü partlayış qeydə alınıb. İlkin məlumatlara görə, obyektə dəymiş ziyanın miqyası və mümkün insan tələfatı ilə bağlı araşdırmalar davam edir. Hadisə yerinə fövqəladə hallar xidmətləri cəlb olunub.

Qeyd edək ki, hücumun hədəfi olan sənaye kompleksi Rusiya üçün strateji əhəmiyyət daşıyır və Ukrayna ilə sərhəddən təqribən 1400 kilometr uzaqlıqdadır. Bu isə hücumun dərinlikdə yerləşən Rusiya ərazisində həyata keçirildiyini göstərir.

Hadisənin arxasında Ukrayna kəşfiyyatının dayandığı hələlik rəsmi şəkildə açıqlanmayıb. Lakin ekspertlər belə hücumların Rusiya daxilində strateji obyektlərin təhlükəsizliyi ilə bağlı ciddi suallar yaratdığını vurğulayırlar.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
azpolitika.info

1Mənbələr