Bakı. Trend:
Şağan qəsəbəsinə təbii qazın verilişində müvəqqəti fasiləyaranacaq.
Trend xəbər verir ki, bu barədə Azəriqaz İBməlumat yayıb.
Bildirilib ki, Şağan qəsəbəsini təbii qazla təmin edən diametri325 mm-lik orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinəqaldırılması məqsədilə 19.09.2025-ci il tarixdə saat 10:00-danişlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
"Həmin müddət ərzində Şağan qəsəbəsinə təbii qazın verilişindəməhdudiyyət olacaq",- əlavə edilib.