Xəbər verdiyimiz kimi, sentyabrın 13-də Beyləqanda 1 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş vermişdi.
News24.az-ın məlumatına görə, "Lexus" və "BMW" markalı avtomobillərin toqquşması zamanı ölən şəxs, BMW-nin sürücüsü polis baş leytenantı Rəşad Hacıyev Beyləqan Rayon Polis Şöbəsində Dövlət Yol Polisi Bölmesinin İnzibati Təcrübə üzrə baş inspektoru vəzifəsində çalışırmış.
Qəza zamanı rayon sakini, 1995-ci il təvəllüdlü İbrahimli Yusif Fəttullah oğlu müxtəlif dərəcəli xəsarət alıb. Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, Rəşad Hacıyev Beyləqan rayonunda dəfn olunub.

