AZ

TDT hökumət başçıları əməkdaşlığın gücləndirilməsinimüzakirə etdi

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev “X” hesabında bildirib.

“Türk dövlətlərinin hökumət başçıları/vitse-prezidentləri ilə birlikdə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov tərəfindən qarşılanmaqdan şərəf duyduq. TDT daxilində əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apardıq və birlik, həmrəylik, Türk dünyasının ortaq baxışına olan sədaqətimizi bir daha vurğuladıq”, - Baş katib qeyd edib.

Seçilən
11
5
redaktor.az

6Mənbələr