AZ

Amorim üçün 5 potensial xələf

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ruben Amorim tezliklə “Mançester Yunayted”dən ayrıla bilər.Klub rəhbərliyi nəticələri yaxşılaşdırmaması halında onu istefaya göndərməyi düşünür. “Mirror” nəşrinin yaydığı xəbərə görə, boslar artıq 5 namizədi nəzərdən keçirir. Ehtimal olunan variantlar arasında “Kristal Pelas”ın çalışdırıcısı Oliver Qlasner, İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt, “Fulhem”in baş məşqçisi Marko Silva, “Bornmut”u çalışdıran Andoni İraola və hazırda ABŞ yığmasına məşqçilik edən Maurisio Poçettino var.Yeri gəlmişkən, “Mançester Yunayted” ölkə çempionatında 4 turdan sonra 4 xal toplayaraq 14-cü pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
1
icma.az

2Mənbələr