24–26 sentyabr tarixində Bakıda ISU Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri keçiriləcək.
Offsideplus.az xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində 3 gün davam edəcək yarışın proqramına əsasən, 24 sentyabr saat 14:00-14:20 arası açılış mərasimi olacaq, saat 14:30-17:30 kişilərin, saat 17:45-22:00 arasında isə qadınların qısa proqramı baş tutacaq.
25 sentyabr tarixində rəqs (ritm rəqsi) (15:00-17:30), kişilərin sərbəst proqramı (18:00-21:15) və mükafatlandırma mərasimi (21:20-21:30) keçiriləcək.
Yarışın sonuncu günü - 26 sentyabrda isə sərbəst rəqslər (12:00-14:40), qadınların sərbəst proqramı (15:00-20:50) və mükafatlandırma mərasimi (20:55-21:20) baş tutacaq.