AZ

Ukraynalılar polşalı hərbçilərə pilotsuz təyyarələri vurmağı öyrədəcəklər

Ukrayna və Polşa aviasiya sistemləri üzrə birgə işçi qrupun yaradılması haqqında memorandum imzalayıblar. Sənədi Ukraynanın müdafiə naziri Denis Şmıqal və Polşanın baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamış imzalayıb.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna naziri Telegram-da bildirib.

“Biz Ukrayna və digər Avropa ölkələrini təhdid edən Rusiya terrorizminə cavab olaraq təhlükəsizlik sahəsində əməkdaşlığımızı yeni səviyyəyə qaldırırıq. Birgə təlim proqramları bu işçi qrupun mərkəzi elementi olacaq”, - Şmıqal bildirib.

Nazirin sözlərinə görə, bu, həmçinin:

pilotsuz uçuş aparatları sahəsində operativ bilik və təcrübə mübadiləsi aparmaq;

pilotsuz uçuş aparatlarının istifadəsi və onlara qarşı mübarizə üsullarının işlənib hazırlanması və sınaqdan keçirilməsi, innovativ texnologiyaların inteqrasiyası;

Ukrayna və Polşa silahlı qüvvələri arasında qarşılıqlı əlaqəni gücləndirmək və NATO standartlarına uyğunluğu təmin edəcək.

Bundan başqa, Şmıqal qeyd edib ki, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə imzalanıb: “Biz həmçinin polşalı həmkarımızla NATO-nun müdafiə nazirlərinə müraciət məktubu imzaladıq. Biz müttəfiqləri Birgə Təhlil, Təlim və Təhsil Mərkəzinə (JATEC) ekspertlər göndərməyə və onun layihələrində fəal iştirak etməyə çağırdıq”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
17
herbiand.az

1Mənbələr