AZ

Dünyanın ən gizli yeri: Bir zamanlar xəritədə belə yox idi

Laosun mərkəzindəki dağlıq ərazilərdə yerləşən Long Tienq qəsəbəsi sakit görünüşünün arxasında diqqətçəkən bir tarixə malikdir.

Vyetnam müharibəsi dövründə ABŞ-nin ən gizli hərbi bazalarından biri burada yerləşirdi, ərazi “dünyanın ən gizli yeri” kimi tanınırdı.

Sherg.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dəstəklədiyi Hmonq “Gizli Ordusu” ilə aparılan əməliyyatlarda Long Tienq bombardman səfərləri və logistika üçün kritik baza rolunu oynayıb.

Laosun Xiangkhouang bölgəsində yerləşən Long Tienq qəsəbəsi Soyuq Müharibə dövründə dünyanın ən gizli məkanlarından biri kimi tarixə düşüb.


1960-70-ci illərdə Amerika Birləşmiş Ştatlarının “gizli müharibəsi”nin mərkəzi olan qəsəbə uzun müddət dünya ictimaiyyətindən gizlədilib.

Təxminən 40 min nəfərin yaşadığı Long Tienq CIA tərəfindən hərbi baza kimi istifadə olunub.

Xüsusilə Vyetnam müharibəsi zamanı Laos üzərindən aparılan əməliyyatlarda strateji mərkəzə çevrilib. Ancaq qəsəbənin mövcudluğu illər boyu rəsmi xəritələrdə göstərilməyib.

Bu səbəbdən Long Tienq “dünyanın itmiş şəhəri” və ya “görünməz şəhər” adlandırılıb.
Bu gün qəsəbədə yaşayanların sayı xeyli azalıb.

Müharibənin izləri hələ də bölgədə görünür; Long Tienq turistik bir məkan olmaqdan çox, tədqiqatçıların və tarixçilərin marağını cəlb edən bir sahədir.
Xüsusilə CIA-nın gizli əməliyyatlarını araşdıranlar üçün qəsəbə hələ də böyük maraq mövzusudur.
Mütəxəssislər Long Tienqin hekayəsinin təkcə Laos tarixi baxımından deyil, Soyuq Müharibənin kölgədə qalmış tərəflərini anlamaq üçün də vacib olduğunu bildirirlər.



Seçilən
3
1
sherg.az

2Mənbələr