AZ

Makron arvadının qadın olduğunu sübut edəcək

Fransa Prezidenti Emmanuel Makron və onun həyat yoldaşı Bricit ABŞ məhkəməsinə birinci xanımın həqiqətən qadın olduğunu sübut edən fotolar və elmi dəlillər təqdim etməyi planlaşdırırlar.

Ölkə.Az-ın məlumatına görə, bu barədə Makron ailəsinin vəkili Tom Kler açıqlama verib.

Söhbət sağçı aktivist Kendis Ouenslə bağlı məhkəmə çəkişməsindən gedir. O, Bricit Makronun, əslində, kişi olaraq dünyaya gəldiyini iddia etmişdi. Vəkil Tom Klerin sözlərinə görə, Bricit bu fikirləri “son dərəcə məyusedici” hesab edib, Fransa Prezidentini isə bu iddialar “yayındırır və tükəndirir”.

Kler əlavə edib ki, “elmi xarakter daşıyan ekspert rəyləri təqdim olunacaq” və Emmanuel ilə Bricit bunları nümayiş etdirməyə hazırdırlar. Buraya həmçinin Bricitin hamilə olduğu dövrə və övladlarına aid fotolar da daxildir. Vəkil vurğulayıb ki, “belə fotolar mövcuddur və məhkəməyə təqdim ediləcək”.

Seçilən
16
3
olke.az

4Mənbələr