AZ

İordaniya sərhəd keçid məntəqəsi yaxınlığında iki israilli güllələnib

İordaniya

Ən azı iki israilli İordaniya sərhədindəki Allenbi sərhəd-keçid məntəqəsi yaxınlığında naməlum silahlı şəxs tərəfindən güllələnib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail qüvvələri hücumçunu zərərsizləşdirib. Qəzza zolağında fələstinlilər üçün nəzərdə tutulan humanitar yardım daşıyan yük maşınının sürücüsünün israillilərə atəş açdığı güman edilir.

Məryəm Quliyeva

Seçilən
4
1
xalqcebhesi.az

2Mənbələr