Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, Ankara S-400 zenit-raket komplekslərini Rusiyaya qaytarmaq niyyətində deyil.
Doğru.az xəbər verir ki, nazirlik mənbələri bildiriblər ki, “S-400-lə bağlı mövqeyimiz dəyişməyib” və sistemlər Türkiyə ordusunun xidmətindədir.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən ilin fevralında qeyd etmişdi ki, Ankaranın Moskvadan S-400 alması Vaşinqton tərəfindən F-35 qırıcıları proqramından Türkiyəni kənarlaşdırmaq üçün bəhanə kimi istifadə olunub. İyun ayında isə prezident Rəcəb Tayyib Ərdoğan Ankaranın Vaşinqtonla dialoqunda bu məsələnin bağlandığını açıqlayıb.
DOĞRU.AZ