AZ

Fələstin tərəfdarları Fransada müdafiə zavodunu blokadaya aldı

Fələstin tərəfdarları Marseldəki "Eurolinks" müdafiə zavodunu blokadaya alıblar.

Publika.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində qadın hüquqları müdafiəçisi, solçu "France Insoumise" partiyasının parlament üzvü Qabrielle Katala məlumat verib.

"Hazırda Marseldə İsrailə hərbi texnika satan və Fələstindəki soyqırımda şərik olan "Eurolinks" hərbi zavodunu blokadaya alan etirazçılara eşq olsun", - deyə siyasətçi yazıb.

Sosial şəbəkələrdə yayımlanan videolarda nümayişçilərin əllərində “Soyqırım fabrikini bağlayın!” yazısı olduğu görünür.

Qeyd edək ki, iyulun 24-də Fransa prezidenti Emmanuel Makron sentyabrda keçiriləcək BMT Baş Assambleyasının iclasında Fransanın Fələstin Dövlətini rəsmən tanıyacağını açıqlamışdı.

Seçilən
23
publika.az

1Mənbələr