AZ

Polşa-Belarus sərhədinin bağlanması Aİ-Çin ticarətini riskə salır

Polşa hakimiyyəti Belarusla sərhədi bağlamaq qərarı verib.

Doğru.az xəbər verir ki, bu addım Çin və Avropa İttifaqı arasındakı ildə 25 milyard avroluq ticarət yolunu təhlükəyə atıb.

Mütəxəssislər bildirir ki, sərhədin bağlanması dəmir yolu yüklərinin 90%-ni daşıyan əsas ticarət yolunu bloklayır. Hazırda bütün yüklər, o cümlədən dərman və ərzaq məhsulları da daxil olmaqla, dayanıb.

Polşa Nəqliyyat və Logistika Sənaye Assosiasiyasının Strateji Layihələr üzrə direktoru Artur Kalisiak qeyd edib: “Sərhədlərin tamamilə bağlanması təkcə nəqliyyat və logistika üçün deyil, bütün iqtisadiyyat üçün ciddi problemdir. Alternativ marşrutlar olsa da, onlar daha çox vaxt və pul tələb edir”.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın qərarının beynəlxalq tərəfdaşlara ciddi ziyan vuracağını bildirib.

DOĞRU.AZ

Seçilən
20
dogru.az

1Mənbələr