AZ

Eyfel qülləsi bağlanıb

Parisin əsas turistik məkanı olan Eyfel qülləsi bu gün tətillər səbəbindən ziyarətçilər üçün bağlanıb.

XəzərNews.az bu barədə TASS-a istinadən xəbər verir.

Eyni zamanda, qüllənin altındakı ərazi Bakı vaxtı ilə saat 23:00-a qədər ziyarətçilər üçün açıq qalacaq.

Əlavə edək ki, bu gün Fransada hökumətin təklif etdiyi qənaət tədbirlərinə etiraz olaraq ümummilli tətil keçirilir. Hakimiyyət ölkə daxilində nümayişlərə təxminən 900 min insanın qatılacağını gözləyir. Daxili İşlər Nazirliyi asayişi qorumaq üçün 80 mindən çox polis və jandarm, həmçinin zirehli texnika və pilotsuz təyyarələr yerləşdirir.



Xəbər 7 dəfə oxunub.
Seçilən
22
3
xezernews.az

10Mənbələr