AZ

Gündüz uzun yuxular erkən ölüm riskini artırır

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Uzun və ya çox dəyişkən gündüz yuxuları vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə artıra bilər. Harvard Tibb Məktəbinin alimləri belə nəticəyə gəliblər. 

Qayanrinfo xəbər verir ki, araşdırmanın nəticələri SLEEP jurnalında dərc olunub.

Tədqiqat üçün tədqiqatçılar orta yaşları 63 olan 86 565 könüllünün sağlamlıq məlumatlarını təhlil ediblər. İştirakçılar yeddi gün ərzində hərəkətlərini və yuxu zamanı davranışlarını qeyd edən aktiqrafik bilərziklər taxıblar. Tədqiqat gündüz yuxularına (səhər 9:00-dan 19:00-a qədər) diqqət yetirib.

Yuxu məlumatlarını topladıqdan sonra tədqiqatçılar iştirakçıları izləməyə başlayıb. 11 il ərzində 5189 iştirakçı (ümumi iştirakçıların 6%-i) ölüb. Gündüz yuxusunun orta müddəti 24 dəqiqə olub. Daha uzun, daha tez-tez və ya daha çox dəyişən gündüz yuxuları olan insanların ölüm riski əhəmiyyətli dərəcədə yüksəkdir.

Tədqiqatda yuxu dəyişkənliyi hər gün yuxusunda müxtəlif vaxtlarda yatmaq vərdişi, eləcə də ardıcıl yuxu vaxtını saxlamamaq kimi müəyyən edilib.

Tədqiqatın həmmüəllifi Çenlu Qo bildirib: "Gündüz yuxuları ilə əlaqəli riskləri təklif edən məlumatlar onların faydaları haqqında mövcud anlayışımızla ziddiyyət təşkil edir, buna görə də əlavə araşdırmaya ehtiyac var".

Tədqiqat müəllifləri həmçinin insanları ağır yuxululuq hiss etdikdə dərhal həkimə müraciət etməyə çağırır. Davamlı yorğunluq və ya yuxu pozğunluğu depressiya, Parkinson xəstəliyi və dəmir çatışmazlığı anemiyası da daxil olmaqla, geniş spektrli tibbi vəziyyətlərin əlaməti ola bilər.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
qaynarinfo.az

1Mənbələr