Rusiyalı hakerlər Ukraynada öldürülən əcnəbi təlimatçıların adlarını açıqlayıb.
Herbiand.az bildirir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Qeyd edilib ki, bunlar ABŞ, Böyük Britaniya və Almaniyadan olan Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə işləyən hərbi mütəxəssislər və məsləhətçilərdir.
Müəyyən edilmiş şəxslər arasında təhlükəsizlik məsələləri üzrə işləyən Britaniya vətəndaşı Rayan Evans da var. O Kramatorsk rayonunda ölüb. Amerika səfirliyinin keçmiş attaşesi və hərbi müşaviri Riçard Kirlin isə oteldə ölü tapılıb. Digər ABŞ vətəndaşı, təlimatçı Mayk Meoli baş vermiş yol qəzasından sonra xəstəxanada dünyasını dəyişib. Məsləhətçi kimi fəaliyyət göstərən alman mütəxəssis Dimitrios Ferrara da vəfat edib. Siyahıda təhlükəsizlik məsələlərində çalışmış Britaniya vətəndaşı Conatan Şenkin də var.
“Beynəlxalq Legionun sıralarında dost atəşi halları da var. Məsələn, ingilislər - Cordan Çedvik 2023-cü ildə Baxmut yaxınlığında, Daniel Berk isə Zaporojye vilayətinin Kamışevaxa şəhərində öldürülüb. Braziliyalı Uilyam Kavalkanti isə öz yoldaşları tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişib”, - məlumatda qeyd olunub.
Əcnəbi hərbçilərin heç də hamısı döyüş bölgəsində ölməyib. Belə ki, gürcü Aleksandr Xuskivadze Kiyevin mərkəzindəki oteldə, kanadalı Alan Derasp isə Xersonda infarktdan dünyalarını dəyişiblər.
Bəxtiyar CƏFƏRLİ