AZ

ABŞ Konqresindəki düzəliş Trampın sülh siyasətinə qarşı sabotajdır -ŞƏRH

Konqresdə qəbul edilən düzəliş sülh prosesini pozmağa xidmət edir

Bu təşəbbüslər həm Ermənistanın, həm də ABŞ-ın maraqlarına ziddir

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Azərbaycan əleyhinə təxribatçı xarakter daşıyan düzəliş qəbul edilib. Bu barədə məlumatı Amerika Erməniləri Milli Komitəsi (ANCA) yayıb. Bildirilir ki, ermənipərəst konqresmen Qabe Amonun irəli sürdüyü və ANCA-nın dəstəyi ilə qəbul olunmuş bu düzəliş Dövlət Departamentinin mandatına yönəlib. Sənədin əsas məqsədi Azərbaycanın nüfuzuna zərbə vurmaqla yanaşı, regionda sülh prosesinə mane olmaqdır. Halbuki bu cür addımlar nə ABŞ-nin rəsmi mövqeyi ilə uzlaşır, nə də Ermənistanın uzunmüddətli maraqlarına uyğundur. Hazırkı reallıq göstərir ki, belə təşəbbüslər regional sabitliyə yox, daha çox gərginliyin dərinləşməsinə xidmət edir.

Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında ABŞ Konqresinin Nümayəndələr Palatasında oturanların bir çoxunun erməni lobbisindən maliyyə dəstəyi aldığını söyləyib:

"Lobbinin siyasəti birbaşa Ermənistanın öz əleyhinə işləyir. Bu vəziyyət Nikol Paşinyanı da narahat edir. Sözügedən proses Ermənistanla Azərbaycan arasında düşmənçiliyin davam etməsinə xidmət edir.
Erməni lobbisinin əsas məqsədi Ermənistanla Azərbaycan arasında sülh prosesini pozmaqdan ibarətdir. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin bu prosesdəki fəaliyyəti isə konkret olaraq Donald Trampın siyasətinə qarşı yönəlib. Tramp özü Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə vasitəçilik etdiyi halda ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində edilən belə bir düzəliş Vaşinqtonun rəsmi siyasətinə qarşı sabotaj xarakteri daşıyır və bir qrup erməninin istəyi ilə həyata keçirilir".

Politoloq bunun Azərbaycanın istənilən siyasi xəttinə təsir etməyəcəyinu və ABŞ-nin xarici siyasətində rəsmi Bakıya qarşı mənfi tendensiyaların formalaşmasına gətirib çıxarmayacağını bildirib:
 "Yeni dünya nizamı artıq formalaşıb. 1990-cı illər deyil ki, erməni lobbisi bu cür dırnaq arası düzəlişlərlə ciddi təsir göstərsin. Bu cür proseslər həm Ermənistanın, həm də ABŞ-nin regional siyasətinə və sülh təşəbbüslərinə ziddir. Onlar bu fəaliyyətlərin qarşısını almalıdırlar".
Seçilən
29
sherg.az

1Mənbələr