AZ

PFL dən Milli Musiqi Gününə möhtəşəm VİDEO

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Peşəkar Futbol Liqası (PFL) 18 sentyabr - Milli Musiqi Günü münasibəti ilə bağlı maraqlı paylaşım edib. Sport24.az xəbər verir ki, qurum sosial şəbəkə hesabında günə uyğun olaraq Azərbaycan Premyer Liqasında çıxış edən yerli futbolçuları musiqi obrazında təqdim edib.

Məşhur bəstəkarla eyni adı və soyadı daşıyan "Araz Naxçıvan"ın futbolçusu Qara Qarayev skripkaçı, "Neftçi"nin və Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov isə drijor rolunda yer alıb.

Onlardan başqa, "Sumqayıt"dan Rüstəm Əhmədzadə, "Zirə"dən Rövlan Muradov, "Qarabağ"dan Bəhlul Mustafazadə, "Turan Tovuz"dan Ayxan Hüseynov, "Sabah"dan Amin Seydiyev, "İmişli"dən Azər Salahlı, "Şamaxı"dan Edqar Adilxanov, "Karvan-Yevlax"dan Elvin Yunuszadə, "Kəpəz"dən Məqsəd İsayev və "Qəbələ"dən Səlahət Ağayev müxtəlif musiqi alətlərinin ifaçısı kimi obrazlaşdırılıb.

https://www.facebook.com/pfl.az/videos/1815919362650602/

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
sport24.az

2Mənbələr