AZ

İlk 8 ayda qanunsuz dövriyyədən çıxarılmış narkotikin dəyəri açıqlanıb

Bakı. Trend:

İlk 8 ayda qanunsuz dövriyyədən çıxarılmış 5 ton 992 kq 030,92qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri152 milyon 430 min kimi qiymətləndirilir.

Trend xəbər verir ki, bu barədə Narkomanlığa vəNarkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrəDövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupununməlumatında qeyd edilib.

Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıcinayət məsuliyyətinə 3614 nəfər cəlb edilib, həmin şəxslərdən 3499kişi, 115 qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən67 nəfəri xarici ölkə vətəndaşından ümumilikdə 900 kq 251,475 qrmüxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qrçətənə bitkisi götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin vəpsixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinəgətirilməsi ilə bağlı 160 fakt aşkar edilib, həmin faktlar üzrəqanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 504 kq 596,74 qr və 5183həb metadon narkotik vasitə və psixotrop maddə, 13194 ədəd həbgüclü təsir edən maddə çıxarılıb. Ümumilikdə, aşkar edilmişcinayətlərin 183 qrup halında törədilmiş və həmin faktlar üzrəqanunsuz dövriyyədən çəkisi 1 ton 737 kq 722,253 qr nakotik vasitə,psixotrop maddə maddə və 27,3 qr güclü təsir edən maddə müsadirəedilib.

Seçilən
5
11
az.trend.az

10Mənbələr