AZ

İsrail və ABŞ Qəzzada “ağıllı şəhərlər” TİKƏCƏK - 100 milyard dollar xərclənəcək

İsrail və ABŞ döyüş əməliyyatları başa çatdıqdan sonra Qəzza sektorundan birgə istifadəni müzakirə edirlər.

Bizim.Media xəbər verir ki, bunu İsrailin maliyyə naziri Betsael Smotriç deyib.

Onun sözlərinə görə, söhbət genişmiqyaslı investisiyalardan və ərazinin bərpasından gedir.

Smotriç qeyd edib ki, Qəzzada ilk mərhələ, binaların sökülməsi artıq başa çatıb, növbəti inkişaf mərhələsi isə ABŞ prezidenti Donald Tramp üçün hazırlanmış biznes-plan əsasında həyata keçiriləcək.

“Washington Post”un daha əvvəl tanış olduğu sənəddə 100 milyard dollardan çox investisiyanın nəzərdə tutulduğu, zavodların, “ağıllı şəhərlərin” və turizm infrastrukturunun yaradılacağı, həmçinin fələstinlilərin köçməsi üçün ödənişlər ediləcəyi göstərilir.

Bundan əvvəl baş nazir Benyamin Netanyahu HƏMAS məğlub edildikdən sonra anklava müvəqqəti nəzarət etmək niyyətində olduqlarını bildirmişdi. Hazırda sektorda aktiv hərbi əməliyyatlar davam edir.

Bizim.Media

Seçilən
8
1
bizim.media

2Mənbələr