AZ

"Papa Johns"dan “papadias” aldı, içindən görün nə çıxdı? - ŞİKAYƏT

Papa Johns restoranlar şəbəkəsinin “Gənclik Mall”dakı filialında xoşagəlməz hadisə yaşanıb.

Bu barədə Bakıvaxtı.az-a şikayət daxil olub.

Belə ki, vətəndaş həmin restorandan “papadias” sifariş edib. İçlikdəki pomidorun üzərində qiymət etiketinin olduğunu görüb. 

Müştəri məsələ ilə bağlı restoran əməkdaşlarına iradını bildirib. Onlar isə yeməyin yenisini paketləməyi təklif etsələr də, vətəndaş bu təklifi qəbul etməyib.

Bundan başqa, baş verən xoşagəlməz hala baxmayaraq həmin sifarişin ödənişi alınıb.

Papa Johns-dan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı müştəri ilə əlaqə saxlanılıb:

"Müştəri ilə əlaqə saxladıq. Məmnunluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görüldü".

Mina Mikayılova

​​​​​​​

Seçilən
8
2
bakivaxti.az

3Mənbələr