Paşinyan: "Tramp körpüsü" vasitəsilə silahların ötürülməsinə icazə verilib
Ajans.az xəbər verri ki,bu barədə o, “Armenpress”in yaydığı brifinqdə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib. “Tramp yolu layihəsi ilə bağlı bütün əməliyyatlar qarşılıqlılıq prinsipi çərçivəsində həyata keçiriləcək. Əgər bir şərt Ermənistana şamil olunursa, eyni qayda Azərbaycana da tətbiq ediləcək,” – deyə Paşinyan bəyan edib. Baş nazirin açıqlamasına əsasən, silah və hərbi təyinatlı yüklərin bu marşrutla daşınmasına yalnız qarşılıqlı razılaşma və balans prinsipi əsasında icazə verilir. Paşinyan həmçinin qeyd edib ki, bu məsələ regional sabitlik və əməkdaşlıq baxımından xüsusi önəm daşıyır. Xatırladaq ki, Tramp körpüsü və Tramp yolu layihəsi, regionda nəqliyyat dəhlizlərinin açılması və ticarət əlaqələrinin genişləndirilməsi kontekstində müzakirə olunur. Həm Ermənistan, həm də Azərbaycan tərəfi bu infrastrukturu strategiya və təhlükəsizlik baxımından dəyərləndirir.