Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində silah daşınmasının mümkün olduğunu söyləyib.
Paşinyan jurnalistlərlə görüşündə bildirib ki, "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" layihəsindən istifadə ilə bağlı bütün fəaliyyətlər bu marşrut üzrə silahların aparılması da daxil olmaqla, qarşılıqlılıq prinsipi çərçivəsində həyata keçiriləcək.
Brifinq zamanı Paşinyan Azərbaycanın Naxçıvana silah və sursat daşıya biləcəyi ilə bağlı suala cavab verərkən deyib: "Naxçıvan vasitəsilə Meğriyə və geriyə silah daşımaq qərarına gələndə bu məsələ ilə bağlı danışıqlara başlayacağıq".
Paşinyan deyib: "Trump marşrutu layihəsinin bütün əməliyyatları bu marşrut üzrə silahların daşınması də daxil olmaqla, qarşılıqlılıq prinsipi çərçivəsində həyata keçiriləcək. Ermənistana aid olan bir şərt, Azərbaycana da şamil olunacaq”.
Hürr Tərcüman