AZ

Macarıstan Azərbaycana birbaşa xarici investisiyaları 80% artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin birinci yarısında Macarıstanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 166 milyon 206 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 80,2% və ya 73 milyon 979 min dollar çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 92 milyon 227 min dollar təşkil edirdi.

Birinci yarımildə Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda Macarıstanın payı 5,2%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
26
1
banco.az

3Mənbələr