AZ

KİV: Suriya və İsrail il sonuna kimi təhlükəsizlik razılaşması imzalaya bilər

Suriya ilin sonuna kimi İsraillə təhlükəsizlik və hərbi razılaşmalar əldə edəcək.

Herbiand.az xəbər verir ki, bu barədə suriyalı anonim rəsmi “AFP” ə məlumat verib.

“İsraillə danışıqlarda irəliləyiş var. İlin sonuna qədər hərbi və təhlükəsizlik sahələrində razılaşmaların imzalanacağı gözlənilir. Biz İsrailin Suriyada hərbi əməliyyatlarını dayandırması barədə razılaşma əldə etmək istəyirik”,- suriyalı rəsmi bildirib.

Qeyd edək ki, Suriya prezidenti Əhməd əl -Şara dünənki açıqlamalarında, İsrail-Suriya danışıqlarının növbəti günlərdə nəticə verə biləcəyini deyib.

Seçilən
7
6
herbiand.az

7Mənbələr