AZ

Azərbaycan travmatoloqları Çində- BakıyaRobotik Naviqasiya gətirilir


Azərbaycanla Çin arasında əlaqələr prezident İlham Əliyevin səfəri və iki ölkə arasında VİSA rejimi ləğv olunduqdan sonra günbəgün artır.

“Medicina” xəbər verir ki, bu dəfə azərbaycanlı travmatoloqlar Pekinə seminarda iştirak üçün işgüzar səfərdə olublar.

Beynəlxalq Artoplastika Seminarı 2025-ə qatılan travmatoloqların konfransda çıxışları da baş tutub.
TravmatoloqSənan Aşırov Pekin səfərində diqqət çəkən məqamlardan və Bakıya hansı yenilikləri gətirəcəyi barədəaçıqlama verib.

“Pekin səfərimizdə revizion diz, bud–çanaq endoprotez əməliyyatlarının Robotic Naviqasiyanındəstəyi ilə icra edilməsitexnologiyası ilə tanış olduq. Bu təlimlərin əsas məqsədimürəkkəb revizion əməliyyatlarda daha dəqiq texniki bacarıqlar əldə etmək və robotik cərrahiyyənin verdiyi üstünlükləri klinik praktikaya tətbiq etməkdir.

Eləcə də Pekin universitetinin professor heyəti ilə əməliyyatlarda birbaşa iştirak şansı da yarandı.

Çin bu gün tibdə texnologiya, kompüterləşmə və marketinqi ilə çox irəlidədir.Təqdim olunan robotik navigasiyada həkim əvvəlki qaydada əməliyyatını icra edir, sadəcə robotun köməyilə ilə kəsilmə, yonulma və s. millimetr dəqiqliyi ilə hesablanır, ölçülür. Burda artıq gözəyarı işləmək, texniki səhv qeyri-mümkündür.
Bu texnologiyaları Azərbaycana gətirməyin zamanı yetişib.
Tezliklə Bakı Sağlamlıq Mərkəzinə bu texnologiya gətiriləcək”.


Həkim bildirdi ki, Azərbaycan prezidentinin Çinə səfərindən sonra Azərbaycana münasibət və maraq çox yaxşıdır.

“Çin şirkətlərinin Bakıya marağı artıb. Onlar bizi bir neçə məqsədlədəvət ediblər, həm biz öz bacardığımızı göstərək, həm də onlar yeni texnologiyalarını təqdim etsinlər.
Diqqətimi çəkən müasir avadanlıq, texnologiya çox bahalıdır, bizdə hələ yoxdur, amma burda az qala hər xəstəxanasında var.

Bu gündünyanın bütün markaları, brendləri Çində istehsal olunur. Sadəcə Avropada qablaşdırılır. Bu gün Çin avtomobilləri Bakıda digərlərindən daha çox satılır. Bir neçə ilə Çin bir çox sahələrdə bazarda lider olacaq. Həkim olaraq deyim ki, Çinli həkimlər beyin və əl qabiliyyəti olaraq bizim həkimlərdən fərqlənmirlər.Bizim cərrahlar əksinə daha üstündür. Sadəcə, əl altında yüksək səviyyəli texnologiyaları var.


Çin istehsalçıları bu gün travmatologiyaya aid hər şey istesahsal edir, hər keyfiyyətdə endoprotezləri var. Bir cəhətləri yaxşıdır ki, aldatmırlar, yanıltmırlar, 3 variantda məhsul təqdim edirlər: ucuz, orta və bahalı. Seçim imkanları genişdir. Azərbaycanda tezliklə tətbiq olunmasını gözləyirik”.


Aygün Musayeva
MEDİCİNA.AZ



Seçilən
0
1
medicina.az

2Mənbələr