AZ

Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamaya görə, gələn il dövlət büdcəsi gəlirlərinin 48,9 faizi Dövlət Vergi Xidmətinin və Dövlət Gömrük Komitəsinin xətiilə təmin edilməsi nəzərdə tutulur. 2026-cı ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 43,8 faizini və ya 16 milyard 821 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 321 milyon manat və ya 8,5 faiz, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 1 milyard 13.0 milyon manat və ya 6,4 faiz çoxdur.Büdcə planları necə doldurulacaq?

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qurumların qarşısında plan qoyulur.

Əkrəm Həsənov

“Son illərdə gördük ki, onlar bu planı hansı yolla doldurmağa çalışırlar. Dövlət Vergi Xidməti sahibkarlara artıq vergi yazır və buna görə də Azərbaycanda sahibkarlıq fəaliyyəti çox əlverişsiz olub. Elə Gömrük Komitəsinin də fəaliyyəti sorğulanmalıdır. Xaricdən məhsul gətirirsən, bir qiymət qoyulur  və bildirilir ki, “belədir, vəssalam”. Yəni bu hallar çoxalacaq. Var gücü ilə çalışacaqlar ki, büdcəni doldursunlar. Bu da əlbəttə, həm əhali, həm də sahibkarlar üçün pisdir”-deyə iqtisadçı qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
bizimyol.info

1Mənbələr